SOCAR-dan oğurluq edilib


16:27     10 Avqust 2016 SOCAR1.jpg

SOCAR şirkətinə məxsus yeraltı qaz kəməri kəsərək oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.


Femida.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, Qaradağ rayon Polis İdarəsinin 11-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 1-də və 15-də Səngəçal qəsəbəsi ərazisindən keçən SOCAR şirkətinə məxsus yeraltı qaz kəmərinin ümumilikdə 1232 metrlik hissəsini kəsərək oğurlamaqda şübhəli bilinənlər - Bakı şəhər sakinləri Siyavuş Əliyev, Vüsal Atakişiyev, Elçin Məmmədov və Hacıqabul rayon sakini Taleh Günəşov tutulublar.

Femida.az

Açar sözlər:

Oxunub: 843