Müdafiə nazirinə sui-qəsd cəhdi olub


17:50     09 Avqust 2016 mudafie%20naziri6.jpg

Avqustun 8-də Mosul şəhəri yaxınlığında İraqın müdafiə naziri Xalid əl-Obeydiyə qarşı sui-qəsd cəhdi olub.



Femida.az -ın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, X. əl-Obeydinin olduğu avtomobil karvanı İmam Qərib kəndi yaxınlığında avtomat silahlardan və minaatanlardan atəşə tutulub.

İraq Müdafiə Nazirliyi hücum zamanı müdafiə nazirinin, o cümlədən avtomobil karvanında olanlardan heç kimin xəsarət almadığı, ölən olmadığı barədə məlumat yayıb.

Sui-qəsd cəhdi ilə bağlı hələlik heç bir radikal qrupa qarşı ittiham irəli sürülməyib.

Açar sözlər:

Oxunub: 1317