Müdafiə nazirlərinin görüşü başladı


14:38     17 Oktyabr 2017 tbiliside-azerbaycan-gurcustan-ve-turkiye-silahli-quvveleri-rehberlerinin-gorushu.jpg

Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyə Silahlı Qüvvələri rəhbərlərinin üçtərəfli görüşü başlayıb.


Femida.az-ın məlumatına əsasən, görüşdə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Gürcüstanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vladimir Çaçibaya və Türkiyənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Hulusi Akar iştirak edir.

Görüşdə üç ölkə arasında hərbi sahədə mövcud və gələcək əməkdaşlıq məsələləri müzakirə olunur.

Görüşün yekununa dair sənəd imzalanması nəzərdə tutulub.

Femida.az

Açar sözlər:

Oxunub: 614