Cüdoçumuz bürünc medal uğrunda yarışacaq- Yenilənib


00:29     11 Avqust 2016 48467abc-a001-4f46-9642-3d4ba1b71399.jpg

Rio-de-Janeyorda keçirilən XXXI Yay Olimpiya Oyunlarında 90 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Məmmədəli Mehdiyev ilk qələbəsini qazanıb.


Femida.az xəbər verir ki, cüdoçumuz rusiyalı Kirill Denisovu məğlub edərək növbəti mərhələyə adlayıb.

Cüdoçumuzun növbəti mərhələdəki rəqibi müəyyənləşib. Səkkizdəbir final mərhələsində M.Mehdiyev Braziliya təmsilçisi Tiaqo Kamilo ilə qarşılaşacaq.

***

Cüdoçumuz "Rio-2016"da ikinci qələbəsini qazanıb. Səkkizdəbir final mərhələsində Braziliya təmsilçisi, dünya çempionu Tiaqo Kamiloya qalib gələn idmançımız növbəti mərhələdə Koreya Respublikasından olan cüdoçu Donqan Qvak ilə üz-üzə gələcək.

*** Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən Məmmədəli Mehdiyev 1/4 final görüşünə çıxıb.
90 kq çəki dərəcəsində çıxış edən Mehdiyevin rəqibi ötənilki dünya çempionu, cənubi koreyalı Donqhan Qvak olub.
Qarşılaşmanın əvvəllərində hakimlər hər iki cüdoçuya passiv mübarizə səbəbindən iki dəfə xəbərdarlıq ediblər. Görüşün sonlarında isə Mehdiyev daha iki anlaşılmaz xəbərdarlıq alıb və rəqibi qalib elan olunub.
Məğlubiyyətə baxmayaraq, Azərbaycan cüdoçusu bürünc medal uğrunda mübarizəni davam etdirəcək. Onun ilk təsəlliverici döyüşdə rəqibi Otqonbatar Lxaqvasuren (Monqolustan) olacaq.

Açar sözlər:

Oxunub: 2282