Cüdoçumuz Rioda qələbə qazandı


21:51     11 Avqust 2016 elmar%20qasimov.jpg

100 kq çəki dərəcəsində çıxış edən cüdoçumuz Elmar Qasımov Olimpiadaya 1/16 final mərhələsindən başlayıb.


Femida.az xəbər verir ki, cüdoçumuzun ilk rəqibi Olimpiya çempionu Taqir Xaybullayev olub. Elmar rəqibinə heç bir şans verməyib. Qasımov 1/8 finalda əlcəzairli Lyes Bouyakubla üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycan Rioda 6 cüdoçu ilə təmsil olunur. Rüstəm Orucov (73 kq) ölkəmizə gümüş medal qazandırdığı halda, Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq) və Məmmədəli Mehdiyev (90 kq) yarışı medalsız başa vurub.

Femida.az

Açar sözlər:

Oxunub: 1813