İŞİD-in daha bir lideri öldürüldü


13:03     12 Avqust 2016 1444818450_isid2.jpg

İraq və Suriya ərazilərində neft tədarükünə cavabdeh olan İŞİD terror qruplaşmasının lideri öldürülüb.


“Reuters” agentliyinin yaydığı məlumata görə, daha çox “Hacı Həmid” adı ilə tanınan Sami Cassim əl-Cəburi adlı terrorçu köməkçisi ilə birlikdə İraqın Suriya ilə həmsərhəd Əl-Kaym şəhərinin yaxınlığında öldürülüb.

Məlumata görə, əməliyyat İran kürdlərindən ibarət silahlı qruplaşma və ABŞ xüsusi təyinatlılar dəstəsi tərəfindən birgə keçirilib.

Məlumatda həmçinin qeyd olunur ki, əməliyyat İraq hökuməti ilə razılaşdırılıb və İraq ordusunun iştirakı ilə birgə həyata keçirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1413