Türkiyənin 32 diplomatı yoxa çıxıb


18:41     12 Avqust 2016 5748170ee470a85b41fe9270.jpg

Türkiyənin Xarici İşlər Nazirliyi FETO istintaqı ilə əlaqədar xaricdən ölkəyə geri çağırılan, ancaq dönməyən dövlət məmurlarının sayını açıqlayıb.


Femida.az Türkiyə mediasına istinadən xəbər verir ki, xarici işlər naziri M.Çavuşoğlu 15 iyul hadisəsindən sonra 208 diplomatın Ankaraya çağırıldığını qeyd edərək deyib ki, hələ də onlardan 32-si geri dönməyib.

Çavuşoğlu Türkiyənin Banqladeşdəki səfirliyində çalışan diplomatlardan ikisinin Rusiyaya qaçması ilə bağlı iddiaları araşdırdıqlarını da söyləyib.

Nazir bundan başqa, Gülənin geri verilməsi ilə bağlı ABŞ Ədliyyə Nazirliyinin bir heyətinin 23-24 avqust tarixlərində Türkiyədə görüş keçirəcəyini bildirib.

Femida.az

Açar sözlər:

Oxunub: 1672