54 yaşlı kişi qonşunun 10 yaşlı qızını zorlamaq istədi


20:04     12 Avqust 2016 1445866818_l609eip1.jpg

54 yaşlı kişi qonşunun 10 yaşı qızını aldadaraq ona qarşı seksual hərəkətlər edib.



Bakıda 54 yaşlı kişi 10 yaşı qızı zorlamağa cəhd edib. Femida.az xəbər verir ki, bu barədə Sputnik-ə Binəqədi rayonu Polis İdarəsindən məlumat veriblər.

Polisə müraciət edən Binəqədi qəsəbəsinin sakini, 35 yaşlı V.M. bildirib ki, qonşuluqda yaşayan Murad adlı kişi avqustun 9-da 20.00-da öz evində V.M.-nin 10 yaşlı qızına qarşı seksual xarakterli hərəkətlər edib. Daha sonra kişi qızı zorlamaq istəyib, lakin sonuncu qışqıraraq onu qorxuda bilib və qaçıb.

Evə gələn qız hər şeyi anasına danışıb. Onun sözlərinə görə, qonşu qızı aldadaraq evinə çağırıb…

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayonu 4-cü polis bölməsinin əməkdaşları şübhəli qismində 1962-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Murad Ocaqovu saxlayıblar. O həbs olunub. İstintaq davam edir.

Açar sözlər:

Oxunub: 4200