PKK 2 nəfəri qaçırdı


02:02     14 Avqust 2016 052312-syrian-administration-supports-terrorist-organization-pkk-1.jpg

Türkiyənin Şırnak vilayətində yol kəsən PKK terrorçuları 2 nəfəri qaçırıblar.


Femida.az-ın “Sabah” qəzetinə istinadla verdiyi xəbərə görə, Beytüşşebap rayonunda yol kəsən bir qrup terrorçu dayandırdıqları avtomobili yandıraraq sərnişinlər - Fikrət və Naci Adıyamanı oğrulayıblar.

PKK terrorçuları daha sonra Fikrət və Naci Adıyaman qardaşlarını dağlıq sahəyə doğru aparıblar.

Hadisə yerinə gələn təhlükəsizlik qüvvələri girovların azad edilməsi üçün əməliyyata başlayıb.

Fikrət və Naci Adıyaman Ədalət və İnkişaf Partiyasının (AKP) Beytüşşebap rayon təşkilatının gənclər qollarının rəhbəri, Jirki tayfasının lideri Tahir Adıyamanın qardaşı oğlanlarıdır.

Açar sözlər:

Oxunub: 1250