Erməni əsgərləri qəzaya düşdü, 8 yaralı


16:33     15 Avqust 2016 qeza%20ermnei.JPG

Ermənistanda hərbçiləri daşıyan yük avtomobili aşıb.


Femida.az erməni mətbuatına istinadən xəbər verir ki, hadisə İrəvanın Şimal avtovağzalı adlanan ərazinin yaxınlığında baş verib.



Qəza nəticəsində avtomobildə olan 16 əsgərdən 8-i yaralanıb. Yaralılar dərhal mərkəzi hospitala yerləşdiriliblər. Qəzaya səbəb hərbçiləri daşıyan avtomobillə “Niva” markalı maşının toqquşmasıdır. Ermənistan Müdafiə Nazirliyi faktı təsdiqləyib.

Femida.az

Açar sözlər:

Oxunub: 3429