Baş Qərargahının rəisini Ərdoğan təyin edəcək
14:43 17 Avqust 2016
Türkiyədə Fətullahçı Terror Təşkilatının (FETÖ) dövlət çevrilişinə cəhdindən sonra hərbi və hüquq-mühafizə orqanlarında işdən azad olunanların rəsmi statistikası açıqlanıb.
Femida.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Daxili və Xarici İşlər Nazirliklərindən, Milli Təhlükəsizlik Təşkilatından (MİT) ümumilkdə 2 350 işçi, Silahlı Qüvvələrdən 1356 zabit, gizir və çavuş, Hərbi Dəniz Qüvvələrindən 6 zabit, Hərbi Hava Qüvvələrindən 24 zabit, Sahil Mühafizə Xidmətinin isə 24 əməkdaşı işdən azad edilib.
Bundan başqa Türkiyədə fövqəladə vəziyyət rejimi çərçivəsində qanun hökmündə iki qərarnamə qəbul edilib. Qərarnamələrə əsasən, prezident Rəcəb Tayyib Ərdoğanın səlahiyyətləri artırılıb. Belə ki, Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisini bundan sonra prezident təyin edəcək.
Eyni zamanda hərbi hospitalların işçiləri Səhiyyə Nazirliyinin tərkibində fəaliyyət göstərəcək. 4 illik hərbi fakültələrdə təhsil alan məzunlar zabit ola biləcək. Yeni qərarnamədə 38 min məhbusun şərti azadlığa buraxılması nəzərdə tutulur.
Femida.az
Oxunub: 1528
Oxşar xəbərlər
- Baş Prokurorluqda əməliyyat müşavirəsi keçirilir
- Baş prokuror vətəndaşlarla görüşdü
- Baş nazir: “Tramp həddini aşdı” - Qüds böhranı böyüyür
- Baş Prokurorluğun məlumatı
- Baş prokuror vətəndaşları qəbul edəcək
- Baş Prokurorluq və DİN dəhşətli qətllə bağlı birgə məlumat yayıb
- Baş Qərargahı rəisinin müavini işdən qovuldu
- Baş Prokurorluq 17 yaşlı uşaqla bağlı xəbərləri təkzib etdi
- Baş Prokurorluğun nümayəndəsi beynəlxalq tədbirdə iştirak edib
- Baş bankir manatdan danışdı