Ağdaşda yanğın: tələfat var


23:01     21 Avqust 2016 1431007777_yangin-hadisesi-bash-verib5.jpg

Ağdaş rayonu, Pirəzə kəndində vətəndaşa məxsus ümumi sahəsi 60 m2 olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları, bitişik ümumi sahəsi 60 m2 olan talvar və talvarın altına yığılmış 6 ton ot bağlamasının 4 tonu yanıb.


Fövqəladə Hallar Nazirliyindən Femida.az-a verilən məlumata görə, yanğın zamanı yaxınlıqdakı 2 baş iri buynuzlu (buzov) heyvan tüstüdən boğularaq tələf olunmuşdur. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 16:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 1039