Sürücünü döyüb maşınını əlindən aldılar - Tərtərdə


16:56     22 Avqust 2016 doyulduuu%20vehsicesein.jpg

Tərtər rayonunda quldurluq edən şəxslər saxlanılıb.


Femida.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, avqustun 20-də Tərtər rayonunda 3 naməlum şəxs rayon sakini Əyyub Bəxtiyarovun idarə etdiyi “Daewoo” markalı avtomobilə sərnişin qismində otururaq, Mingəçevir şəhərinə gedəcəyini bildirib.

Aran qəsəbəsində həmin şəxslər Ə.Bəxtiyarovu döyüb, avtomobili ondan alıblar və hadisə yerini tərk ediblər.

Yevlax və Tərtər RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Tərtər rayonunun ərazisində tapılıb, hadisəni törətməkdə şübhəli bilinən Tərtər rayon sakinləri Mehman Məhərrəmov və Samir Hüseynov tutulub, digər 1 nəfər isə müəyyən edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1712