Sürücünü ağladan yol polisi işdən qovulacaq - YENİLƏNİB (VİDEO)


23:25     24 Yanvar 2017 Screenshot_1%20(1).jpg

Sosial şəbəkələrdə sürücünün yol polisinə yalvarmasını özündə əks etdirən görüntülərlə bağlı Baş Dövlət Yol Polisi İdarəsində (BDYPİ) araşdırmalara başlanılıb.


Bu barədə Femida.az-a BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev məlumat verib.

K.Əliyev bildirib ki, 99 YP 965 dövlət nömrə nişanlı DYP avtomobilini idarə edən və görüntüləri lentə alması ehtimal edilən Elvin Mövlanov Sabirabad rayonu ərazisində xidmət aparır: "Sosial şəbəkələrdə yayılan həmin video ekspertizadan keçiriləcək. Araşdırmalardan sonra Elvin Mövlanov barəsində ciddi intizam tənbehi görüləcək".

Yenilənib***

Femida.az.az-a daxil olan məlumata görə, 99 YP 965 dövlət nömrə nişanlı DYP avtomobilini idarə edən və görüntüləri lentə alan yol polisi əməkdaşı Elvin Mövlanov polisin adına xələl gətirdiyi üçün tutduğu vəzifədən kənarlaşdırılacaq.

Xatıraladaq ki, daxili işlər naziri Ramil Usubov keçirdiyi iclaslarda dəfələrlə bəyan edib ki, polis əməkdaşları şərəfli polis adını, dövlətin və vətəndaşların mənafelərini daim uca tutmalı, etik davranış qaydalarına ciddi riayət etməli, hər birinin fəaliyyətində başlıca məqsəd vətəndaş məmnunluğunun təmin edilməsi olmalıdır.




Femida.az

Açar sözlər:

Oxunub: 7527