Sürücünü döyən hələ də tapılmayıb


15:57     19 Sentyabr 2017 surucu-avto-(1)_15057615109.jpg

Dünən paytaxtda 135 saylı marşrut avtobusunun sürücüsü Qüdrət Kərimovu döyən şəxs hələ də axtarılır.


Femida.az xəbər verir ki, hadisənin baş verdiyi yer 19-cu Polis Bölməsinin ərazisi olsa da, məsələnin ictimai tərəfini nəzərə alaraq işin araşdırılması Nəsimi Rayon Polis İdarəsinə tapşırılıb.

Hələ ki, həmin şəxsin kimliyi müəyyən edilməyib, ilkin olaraq bu istiqamətdə əməliyyat aparılır. Bundan sonra isə onun saxlanılması üçün tədbir görüləcək.

Qeyd edək ki, sentyabrın 18-də saat 17:30-da Memar Əcəmi metrostansiyasının yaxınlığındakı dayanacaqda 135 saylı, “10 TG 034” nömrə nişanlı avtobusun sürücüsü Kərimov Qüdrət Xanzalı oğlu naməlum sərnişin tərəfindən döyülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 1073