Elmar Məmmədyarov Qırğızıstana gedəcək
22:01 22 Avqust 2016
Xarici işlər naziri Elmar Məmmədyarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənovu qəbul edib.
Femida.az-ın nazirliyə istinadən verdiyi məlumata görə, görüşdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) ilə Azərbaycan arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub və gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
R. Həsənov bu ilin noyabrında Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçiriləcək 6-cı zirvə görüşünün önəmini qeyd edərək toplantıda üzv dövlətlər arasında siyasi, iqtisadi, sosial, humanitar və digər sahələrdə əməkdaşlıq məsələlərinin əsas müzakirə mövzusu olacağını bildirib.
Tərəflər BMT Baş Məclisinin 71-ci sessiyasının ümumi müzakirələri çərçivəsində üzv dövlətlərin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşünün keçirilməsi məsələsini müzakirə ediblər. E. Məmmədyarov məmnuniyyətlə nazirlərin toplantısına qatılacağını bildirib. O, Azərbaycanın Türk Şurasının fəaliyyətinə daim hərtərəfli dəstək göstərdiyini söyləyərək təşkilat çərçivəsində praktiki və sahəvi əməkdaşlığın inkişafı üçün Azərbaycanın öz töhfələrini verməkdə davam edəcəyini vurğulayıb.
Femida.az
Oxunub: 726
Oxşar xəbərlər
- Elmar Məmmədyarov və Mövlud Çavuşoğlu görüşdü
- Elmar Vəliyev səfirlə görüşdü
- Elmar Vəliyev “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
- Elmar Məmmədyarov BMT-nin Afrika üzrə rəsmisi ilə görüşüb
- Elmar Məmmədyarov Efiopiyaya gedib
- Elmar Məmmədyarov İsveçdədir
- Elmar Qasımov Prezident təqaüdçüləri ilə görüşüb
- Elmar Məmmədyarov Myanma qətliamını pislədi
- Elmar Məmmədyarov Budapeştə gedir
- Elmar Məmmədyarov Sudanlı həmkarına məktub göndərib