Deputatlarımız Qazaxıstana səfər edəcək


23:56     26 Avqust 2016 milli%20%20m.jpg

Milli Məclisin deputatları Səməd Seyidov və Azay Quliyev avqustun 27-dən 31-dək Qazaxıstanda səfərdə olacaqlar.


Milli Məclisin mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, səfərdə məqsəd Astanada keçiriləcək “Nüvə silahından azad dünyanın inşa edilməsi” adlı beynəlxalq konfransda iştirak etməkdir.

S.Seyidov tədbirdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri qismində Azərbaycanı, Azay Quliyev isə ATƏT PA-nın vitse-prezidenti qismində bu qurumu təmsil edəcək. Konfrans çərçivəsində S. Seyidov “Nüvə silahları və ya müharibə olmadan təhlükəsizlik” mövzusunda paneldə çıxış edəcək. Millət vəkili, ATƏT PA-nın vitse-prezidenti A. Quliyev konfransın plenar iclasında mövzu il əlaqədar ATƏT PA-nın mövqeyini tədbir iştirakçılarının diqqətinə çatdıracaq.

Səfəri çərçivəsində S. Seyidovun Qazaxıstan Senatının xarici əlaqələr komitəsinin sədri İkram Adirbekov və Rusiya Federasiya Şurasının xarici əlaqələr komitəsinin sədri Konstantin Kosaçev ilə görüşləri nəzərdə tutulur. A.Quliyevin də bir sıra ikitərəfli görüşləri, o cümlədən Qazaxıstan Senatının sədri Kasım-Jomart Tokayev ilə görüşü planlaşdırılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 814