Deputatın oğlu təqsirkar sayıldı


13:38     27 Avqust 2016 deputat30.jpg

ABŞ-da andlılar məhkəməsi Rusiya Dövlət Dumasının üzvü Valeri Seleznyovun oğlu Roman Seleznyovu kiberfırıldaqçılıqda günahkar sayıb.


Qərar sentyabrın 2-də açıqlanacaq.

Rusiya vətəndaşına 4 maddə üzrə, o cümlədən kiberfırıldaqçılıq, kompüterlərə müdaxilə və şəxsi məlumatların oğurlanması ilə bağlı ittihamlar irəli sürülüb. İstintaqın versiyasına əsasən R. Seleznyov 1,7 milyon kredit kartı nömrələrinin oğurlanması və satışında günahkardır. Onun ümumilikdə 170 milyon dollar zərərə səbəb olduğu bildirilir.

R. Seleznyov 2014-cü ildə Maldiv adalarında saxlanılıb və ABŞ-a təhvil verilib. Onun vəkili və atası faktı oğurluq kimi qiymətləndirib. Rusiya XİN bəyanat yayaraq hadisəni Vaşinqtonun növbəti qeyri-dost münasibəti və beynəlxalq hüquq pozuntusu adlandırıb.(Lent.az)

Femida.az

Açar sözlər:

Oxunub: 1192