Deputatın oğlu prokuror müavini təyin olundu


14:21     01 Sentyabr 2016 143946196555cc724db9917.jpg

Prokurorluq orqanlarında yeni təyinat olub.

Femida.az APA-ya istinadən xəbər verir ki, baş prokuror Zakir Qaralovun əmri ilə Elgiz Qənizadə Binəqədi rayon prokurorunun müavini təyin edilib.

Təyinat təxminən 1 ay əvvəl olub.

E. Qənizadə buna qədər Bakı şəhər Prokurorluğunda çalışıb.

Qeyd edək ki, E. Qənizadə millət vəkili Ç. Qənizadənin oğludur.

Femida.az

Açar sözlər:

Oxunub: 4689