Deputatın oğlu maşınla adam vurub? - Digər oğlu danışdı (Yenilənib)


14:05     03 Oktyabr 2017 femida1429875778Fezail%20Agamali.jpg

Milli Məclisin deputatı Fəzail Ağamalının böyük oğlunun avtomobil ilə piyadanı vurduğu deyilir.


Femida.az Milli.Az-a istinadən xəbər verir ki, yayılmış xəbərlə bağlı hadisəni törətdiyi bildirilən Yalçın Ağamalının qardaşı, millət vəkili Fəzail Ağamalının digər oğlu Elçin Ağamalı bildirib ki, bu məlumat tamamilə yanlışdır:

"Qardaşım Yalçın Ağamalının avtomobili ilə hansısa piyadanı vurması və sonra da guya onu xəstəxanaya aparması ilə bağlı yayılmış xəbər yalandır. Qardaşım Yalçın Ağamalı, ümumiyyətlə, 15 günə yaxındır ki, Azərbaycanda yoxdur. Onun oğlu bir müddət əvvəl Türkiyədə universitetə qəbul olub. Bu səbəbdən hazırda orada övladının məişət məsələlərinin həlli ilə məşğuldur. Ona görə də yayılmış bu xəbər qardaşıma, ailəmizə qarşı atılmış böhtandır".

Onun sözlərinə görə, məsələ ilə bağlı ailə məhkəməyə müraciət edəcək: "Biz bu yalan xəbərin yayılmasına səbəb olmuş vəzifəli şəxslərin cəzalandırılması üçün müvafiq qurumların rəhbərliyinə, eləcə də onların və qərəzli yayıldığını bildiyimiz halda bu xəbəri yayan media qurumlarının məsuliyyətə cəlb edilməsi üçün məhkəməyə müraciət edəcəyik".


Bakının Nəsimi rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az `Report`a istinadən xəbərinə görə, 36 yaşlı Ağamalı Yalçın Fəzail oğlu "Jeep" markalı avtomobil ilə yolu keçmək istəyən 1999-cu il təvəllüdlü Nurullayev Qərib Şakir oğlunu vurub.

Tibb Universitetinin qarşısında baş verən hadisə zamanı piyada ağır xəsarət alıb. O, sürücünün köməyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünün izahatını alıblar.

Y.Ağamalı Milli Məclisin deputatı Fəzail Ağamalının böyük oğludur.

Femida.az

Açar sözlər:

Oxunub: 2369