400 tikinti şirkəti Bakıya gəlir


22:14     29 Avqust 2016 tikinti.jpg

Oktyabrın 19-22-də "Baku Expo Center"də Xəzəryanı regionun tikinti sektoruna həsr olunmuş irimiqyaslı tədbir - XXII Azərbaycan Beynəlxalq İnşaat (BakuBuild-2016) sərgisi keçiriləcək və "Xəzər İnşaat Həftəsi"nə start veriləcək.


Bu barədə Report-a tədbirlərin əsas təşkilatçısı olan "İteca Caspian" şirkətindən məlumat verilib.

Bu il "BakuBuild-2016" sərgisində 23 ölkədən 400-dən artıq şirkət iştirak edəcək və sərginin ekspozisiyası "Baku Expo Center"in hər 3 pavilyonunu əhatə edəcək. İtaliya, Almaniya, BƏƏ və İran sərgidə öz milli pavilyonları ilə təmsil olunacaq. Həmçinin, Türkiyə də bu tədbirdə nəhəng ekspozisiya ilə iştirak edəcək. "BakuBuild-2016" sərgisində keramika, üzlük daşlar, mərmər, lak-boya materialları, qapı və pəncərələr, interyer, dam və döşəmə örtükləri, metal və bürünc məmulatlar, eləcə də inşaat texnikası kimi tikinti materiallarının bütün çeşidləri təqdim olunacaq.

Builki sərgi həm yerli, həm də xarici şirkətlərin təklif etdiyi yeniliklərlə fərqlənir. Belə ki, bu yeniliklər arasında Azərbaycanda ilk dəfə "Vibrostone" şirkəti tərəfindən təqdim olunacaq "Color Mix" (bir neçə boyanın qarışığı), maye rezin ("Azbuild" MMC şirkəti), elektrikli buxar ("Liniya" ASC), elastik kirəmitlərin yeni seriyası ("Technonicol" şirkəti), abraziv materiallar ("Klingspor") və bir sıra digər məhsullar yer alır.

Açar sözlər:

Oxunub: 1280