400 qutu siqaret müsadirə olundu


17:33     15 Avqust 2015 illegal-cigarettes-seized-in-nj-raid-hudson-countyjpg-6b60396134c8c97c.jpg

Azərbaycanın aksiz markası olmayan 400 qutu siqaretin ölkəyə gətirilməsinin qarşısı alınıb.

Kazan-Bakı aviareysinin sərnişinlərini qarşılayan Azərbaycan vətəndaşı İsaq Fərəcov onlardan sellofan paketlərdə olan malları qəbul edib və arabaya yığıb getmək istəyərkən Hava

Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı tərəfindən saxlanılıb və həmin mallara gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən Femida.az-a verilən xəbərə görə, malların yoxlanılması zamanı İ.Fərəcovun qarşıladığı sərnişinlərdən qəbul etdiyi iki ədəd sellofan paketdən Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 3 adda, cəmi 400 qutu xarici markalı siqaret aşkar olunub.

Faktla bağlı izahatında İ.Fərəcov Kazan-Bakı aviareysi ilə gələn qohumu Elnur Əhədovu qarşılamaq üçün Heydər Əliyev Beynəlxalq Hava Limanına gəldiyini, orada ona göndərilən siqaretləri ayrı-ayrı sərnişinlərdən qəbul etdiyini və həmin siqaretlərin bir hissəsinin şəxsi istifadə məqsədilə, qalanlarının isə hədiyyə olaraq nəzərdə tutulduğunu bildirib.

Açar sözlər:

Oxunub: 1107