Xalq aprel əməliyyatlarının təkrarlanacağını düşünür - SORĞU


18:26     30 Avqust 2016 1467664950_herb.jpg

Femida.az “Aprel əməliyyatları yenidən təkrarlanacaqmı?” mövzusunda sorğu keçirib.


130 nəfərin iştirak etdiyi sorğuda respondentlər onlara təqdim olunmuş 4 cavabdan birini seçiblər.

İştirakçıların böyük əksəriyyəti, 84 nəfəri “Bəli, müharibədən başqa yol yoxdur” cavabını seçərək bir növ sülh yoluna inanmadıqlarını ifadə ediblər. 19 nəfər respondent isə aprel əməliyyatlarının yenidən təkrarlanmayacağı qənaətinə gəlib.

Bundan başqa 15 nəfər Rusiyanın vasitəçiliyi ilə münaqişənin nizamlanacağını, 12 nəfər isə Ermənistanın torpaqları könüllü şəkildə boşaldacağını bildirib.



Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 3170