Göygöldə 8 otaqlı ev yanıb


03:14     05 Sentyabr 2016 ev%20yandi46.jpg

Göygöldə yanğın hadisəsi qeydə alınıb.


Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Göygöl rayonu, Yeni Zod kəndində vətəndaşa məxsus ümumi sahəsi 220 m² olan ikimərtəbəli 8 otaqlı evin 1-ci mərtəbəsində 1 otağın və mətbəxin yanar konstruksiyaları 32 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 894