Polis Lənkəran sakinini ifşa etdi


17:29     05 Sentyabr 2016 2015-06-02-11-05-11azeri-polisi-liderxeber-640.jpg

Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakinini ifşa ediblər.


Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəranın Girdəni kənd sakini, Sirac Rəhmanova məxsus fərdi həyətyanı sahəsində kultivasiya yolu ilə yetişdirilmiş ümumi çəkisi 18 kiloqram 550 qram olan 30 ədəd çətənə kolu və həyətindəki yardımçı tikilinin içərisində gizlədilmiş 1 kiloqram 100 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1653