Gürcüstanın baş naziri Ermənistana gedib


17:50     05 Sentyabr 2016 gurcu%20nazir2.jpg

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Ermənistana rəsmi səfərə gedib.


Baş naziri Zvartnots beynəlxalq hava limanında erməni həmkarı Ovik Abramyan qarşılayıb.

G. Kvirikaşvili səfər çərçivəsində O. Abramyan və Ermənistan prezidenti Serj Sarkisyanla rəsmi görüşlər keçirəcək. Gürcüstan nümayəndə heyətinin tərkibinə baş nazirin müavini, energetika naziri Kaxa Kaladze və xarici işlər nazirinin müavini David Dondua daxildir.

Qeyd edək ki, bu yaxınlarda S. Sarkisyanın Abxaziya separatçı rejiminin nümayəndə heyəti ilə görüş keçirdiyi barədə xəbərlər yayılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1053