Gürcüstanın baş naziri müsəlmanları təbrik etdi


01:34     02 Sentyabr 2017 e3be0ccf86fa7.jpg

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili ölkə müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik edib.


Femida.az xəbər verir ki, hökumət başçısı təbrikində Qurban bayramının İslam dünyasında ən böyük və dəyərli bayram olduğunu bildirib.

“Müxtəlif millət və dinlərin nümayəndələri Gürcüstanda bir-biri ilə harmoniya şəraitində yaşayır. Çoxmillətlilik ölkəmizin zənginliyi və nailiyyətidir. Gürcüstanda müsəlmanların ölkə quruculuğunda rolu böyükdür. Bu gün də müsəlman vətəndaşlarımız ölkənin keşiyindədir və güclü, inkişaf etmiş Gürcüstanın qurulmasına öz töhfələrini verirlər. Sizi Qurban bayramı münasibətilə təbrik edərək ümumi vətənimiz üçün sülh və tərəqqi arzu edirəm”, - deyə G. Kvirikaşvili təbrikində qeyd edib.

Açar sözlər:

Oxunub: 854