Gürcüstanın Azərbaycana olan borcu azalıb
15:58 13 Sentyabr 2017
2017-ci il 31 avqust tarixinə olan məlumata əsasən, Gürcüstanın Azərbaycana dövlət borcu 8,995 mln. dollar təşkil edir.
Femida.az xəbər verir ki, 31 iyul tarixinə olan göstərici ilə müqayisədə qonşu ölkənin Azərbaycana olan borcu 0,347 mln. dollar azalıb.
Gürcüstanın xarici dövlət borcu və dövlət zəmanəti altında götürülən kreditlərin ümumi həcmi 4,946 mlrd. dollar təşkil edib ki, bunun da 4,901 mlrd. dolları hökumətin payına düşür.
Qonşu ölkənin ən çox Almaniya (289 mln. dollar), Yaponiya (210 mln. dollar) və Fransaya (132 mln. dollar) dövlət borcu var.
Gürcüstanın Türkiyə, Rusiya və Ermənistana olan dövlət borcu müvafiq olaraq 17,2 mln., 72,5 mln. və 10,3 mln. dollar təşkil edir.
Femida.az
Oxunub: 864
Oxşar xəbərlər
- Gürcüstanın baş naziri Bakıya gəlir
- Gürcüstanın Azərbaycana nə qədər borcu var?
- Gürcüstanın baş naziri müsəlmanları təbrik etdi
- Gürcüstanın baş naziri İlham Əliyevə təşəkkür etdi
- Gürcüstanın Baş Prokurorluğundan Saakaşvili ilə bağlı müraciət
- Gürcüstanın birinci xanımının qardaşı saxlanılıb
- Gürcüstanın Baş Qərargah rəisi dəyişdi
- Gürcüstanın telekanalı “Azerspace-1“ peykində
- Gürcüstanın baş naziri Ermənistana gedib
- Gürcüstanın baş naziri Bakıdadır