Erməni yazıçıya görə azərbaycanlı qanı töküldü - ŞOK


18:39     18 Aprel 2015 11160309_10206802183161567_1197807563_n.jpg

Femida.az xəbər verir ki, dünən gecə saatlarında Kiprdə təhsil alan azərbaycanlı tələbələrlə polis arasında qarşıdurma olub. Qarşıdurmaya səbəb isə Qazimağusda, Rauf Raif Denktaş adına Mədəniyyət və Konqres mərkəzində erməni əsilli Aret Vartanyanla görüş olub. Tələbələr “Kipr Türkündür, Türkün qalacaq“ şüarları səsləndirib.

Hadisə polis müdaxilə nəticəsində dağıdılıb. Hadisə zamanı iki polis yaralanıb. İyirmidən çox azərbaycanlı tələbə həbs edilib. Xəbərdə o da deyilir ki, tələbələrin təhsil aldığı universitetlərin rektorları onların sərbəst buraxılması üçün orqanlara xahiş ünvanlayıb.

Azərbaycanlı tələbələrin etirazı isə nəticəsiz qalıb. Aret Vartanyanın müəllifi olduğu “Acı - tatlı aşk“ tamaşa səhnəyə qoyulub.

Aret Vartaniyanın təhlükəsizliyi bəhanə gətirilərək teatr truppası və müəllif Qazimağusdan gecə ilə uzaqlaşdırılıb.

Günay Arda
Femida.az

Açar sözlər:

Oxunub: 865