Keçmiş məhkumu evində baltaladılar - Salyanda


17:47     06 Sentyabr 2016 balta_014.jpg

Salyanda dəhşətli qətl törədilib.


Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, sentyabrın 5-də Salyan şəhərində yaşayan, əvvəllər məhkum olunmuş 1976-cı il təvəllüdlü Elçin Babayevin balta ilə qətlə yetirilmiş meyiti evində tapılıb.

Faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Baş vermiş hadisə ilə bağlı rayon prokurorluğu və polis şöbəsi əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb, hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 1125