Bu banklar dollar limitini ləğv etdi


17:40     08 Sentyabr 2016 bank18iyul2.jpg

Azərbaycanda fəaliyyət göstərən bəzi kommersiya bankları nağd ABŞ dollarını limitsiz satmağa başlayıb.


Femida.az-ın "Report"a istinadən məlumatına görə, söhbət "Bank Respublika" və "Azər-Türk Bank" ASC-lərdən gedir. Bu banklardan bildirilib ki, müştərilər kassaya yaxınlaşmaqla istədikləri qədər nağd dollar ala bilərlər.

"Atabank"dan da limitsiz dollar almaq mümkündür. Lakin bunun üçün ilk növbədə bankın "Qaynar xətti" ilə əlaqə saxlamaq və kassada dolların olduğu filiala getmək lazımdır.

Bəzi banklar isə dolların limitini artırıb. Məsələn, "Azərbaycan Sənaye Bankı"nda hazırda müştərilərə 500 dolları keçməmək şərti ilə nağd valyuta satılır.

Açar sözlər:

Oxunub: 994