Erməni müğənni Aygünü Qarabağa dəvət etdi - VİDEO


19:49     08 Sentyabr 2016 14138635_1398230420205489_3077595868888249389_o.jpg

Xalq artisti Aygün Kazımovanın Hamburqda keçirilən "Daf Bama Music Awards - 2016" beynəlxalq mükafatlandırma mərasimindəki çıxışı hələ də müzakirə olunmaqdadır.


Xalq artistinin mətbuat xidmətinin Femida.az-a göndərdiyi məlumatda bildirilir ki, erməni mətbuatı Aygün Kazımova haqqında yazıb. Müğənninin mükafat alarkən ingilis dilində "Çox sağ ol, Azərbaycan!", "Çox sağ ol, Qarabağ!" deməsi erməniləri qıcıqlandırıb.

Hətta yarışmada Ermənistanı təmsil edən müğənni Andre bundan qəzəblənib:

"Əvvəlcə, mən səhnəyə çıxdım. Arsaxa (Qarabağ) və oradakı pərəstişkarlarıma təşəkkür etdim. Bundan sonra səhnəyə azərbaycanlı müğənni çıxdı (Aygün Kazımovanı nəzərdə tutur - red). O, mükafatını alandan sonra öz saxta Qarabağına təşəkkürünü bildirdi".

Andre Kazımovanın niyə belə etdiyinin səbəbinə də aydınlıq gətirməyə çalışıb:

"Bilirsiniz o, niyə belə etdi? Hər şey mənim məşq zamanı oxuduğum "Dağlar qızı" ("Sarı gəlin"i nəzərdə tutur - red.) mahnısından sonra oldu. Bildiyiniz kimi, azərbaycanlılar bu mahnını özününkü hesab edir. Həmin vaxt hiss etdim ki, o, məni izləyir. Həmin müğənni məhz bu səbəbdən eyni mahnını ifa etdi. Onların Qarabağa təşəkkür etmələri mənə çox gülməli gəldi. Arsaxda (Qarabağ) onu tanımırlar. Tanımaq bir yana, nə onu, nə də ölkəsini qəbul etmirlər. Nəyə görə Qarabağa, qarabağlılara təşəkkürünü bildirir? "Dağlar qızı" ("Sarı gəlin") onların olduğu kimi, elə Arsax (Qarabağ) da onlarındır... Avropa səhnəsindən Qarabağa təşəkkürünü bildirən qonşu ölkənin həmin o naməlum xalq artistini, məmnuniyyətlə, dəvət edərdim, gəlib Arsaxın (Qarabağın) və oranın əhalisinin gözəlliyini görsün".

Aygün Kazımova açıqlamasında məsələyə münasibət bildirib və erməni müğənnisinin səhvini düzəldib:

"Əvəlla, mən "Çox sağol, Azərbaycan", "Çox sağol, Qarabağ" deməmişəm. Mən "Çox sağ ol, mənim Azərbaycanım", "Çox sağ ol, mənim Qarabağım" demişəm. Qarabağı ancaq ermənilər özlərinin saya bilərlər. Bütün dünya Qarabağı Azərbaycan torpağı kimi tanıyır və qəbul edir. Qarabağ mənimdir, bizimdir.

Mən Qarabağ döyüşlərində iştirak edən, ermənilərə atəş açan qadınam. Mən belə haqsızlığa heç yerdə susa bilməzdim. Yenə olsa, yenə onların təxribatının qarşısını alacağam".



Femida.az

Açar sözlər:

Oxunub: 14498