Sudan liderindən sülh açıqlaması


22:07     08 Sentyabr 2016 sudan.jpg

Sudan hökuməti ilə Darfur bölgəsindəki siyasi təşkilatlar arasındakı danışıqlar yekunlaşıb.


Sudan dövlət başçısı Ömər əl-Bəşir 2003-cü ildən başlayan qarşıdurmaların artıq bitdiyini və bölgəyə sülh gəldiyini açıqlayıb.

Darfur bölgəsindəki "Ədalət və Bərabərlik Təşkilatı", "Sudan Qurtuluş Hərəkatı" və "Sudan Xalq Qurtuluş Hərəkatı" hökumətlə razılığa gəlib.

Qeyd edək ki, bu ilin əvvəlində Sudan hökuməti bölgədəki müxalif təşkilatlarla danışıq masasına oturmuşdu.

Açar sözlər:

Oxunub: 962