Putinin köməkçisi qəzaya düşdü


03:40     09 Sentyabr 2016 6fe0cbe8c127081f2c3fdc99cc7b6f21.jpg

Rusiya prezidenti Vladimir Putinin köməkçisi Vladislav Surkov Moskvada Kremlə gedərkən qəzaya uğrayıb.


“Gazeta.ru”nun yaydığı məlumata görə, yol-nəqliyyat hadisəsi Yeni Arbat prospektində qeydə alınıb. Salonunda Surkovun olduğu AMP hökumət seriyalı nömrə nişanlı BMW markalı avtomobil ayrılmış hərəkət zolağında geri dönüş manevri edən “Ford Galaxy” markalı taksi avtomobilinə çırpılıb.

Qəza nəticəsində xəsarət alan olmayıb. Putinin köməkçisi hadisə yerini dərhal başqa avtomobillə tərk edib.

Femida.az

Açar sözlər:

Oxunub: 1648