Putinin Abxaziya səfərinə ABŞ-dan sərt reaksiya


13:55     10 Avqust 2017 1060x600-f0fc25c84a78dbbe443fda809c726f59.jpg

ABŞ Dövlət Departamenti Rusiya prezidenti Vladimir Putinin Gürcüstanın separatçı regionu Abxaziyaya səfərinə münasibət bildirib.


Femida.az xarici kiv-lərə istinadən xəbər verir ki, Dövlət Departamentinin sözçüsü Hezer Nauert (Heather Nauert) Moskvanı Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə hörmət etməyə çağırıb.

“ABŞ Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü də suverenliyini tam dəstəkləyir və Abxaziya ilə Cənubi Osetiyanın Rusiya tərəfindən tanınmasını rədd edir. ABŞ Rusiyanı öz qoşunlarını 2008-ci ildə baş vermiş hərbi fəaliyyətlərdən əvvəlki mövqelərə çəkməyə və Abxaziya ilə Cənubi Osetiyanın tanınması barədə qərarına yenidən baxmağa çağırır”, - deyə Nauert bildirib.

Xatırladaq ki, V. Putin avqustun 8-də Abxaziyaya səfər edib və separatçı bölgənin başçısı Raul Hacimba ilə görüşüb.

Femida.az

Açar sözlər:

Oxunub: 908