Azərbaycanda bayram namazı qılınıb
14:54 12 Sentyabr 2016
Qurban bayramı münasibətilə Azərbaycanda fəaliyyət göstərən məscidlərdə bayram namazı qılınır.
Femida.az xəbər verir ki, saat 9:00-da Təzəpir məscidində qılınan bayram namazına yüzlərlə paytaxt sakini qatılıb.
Birlikdə namaz qılınıb, dualar edilib, Allahdan mərhəmət, əmin-amanlıq və ruzi bərəkət dilənilib.
Qeyd edək ki, bütün dünyada müsəlmanlar Qurban bayramını qeyd edir.
Azərbaycan Nazirlər Kabinetinin qərarına əsasən, Qurban bayramı ilə əlaqədar iki gün - sentyabrın 12-si və 13-ü qeyri-iş günüdür.
Bu günlərin hər birində qurbаn kəsmək olar. Müsəlmanların müqəddəs kitabı olan Qurani-Kərimdə qeyd olunub ki, İslam Aləminin ən əziz və müqəddəs günlərindən biri olan “Eydül-Əzha” - Qurban bayramı İbrahim Peyğəmbərin həyatında baş verən əhvalatdan sonra yaranıb. Allaha qəlbən yaxın və sadiq olduğunu sübut etmək istəyən İbrahim Peyğəmbər oğlu İsmayılı qurban kəsməyə hazır olub. Lakin Allah bunu öz elçisinə rəva bilməyib və qurbanlıq üçün ona bir qoç göndərib. Buna görə də bu bayramda kəsilən qurbana “İsmayıl qurbanı” da deyirlər.
Oxunub: 961
Oxşar xəbərlər
- Azərbaycanda 5541 əcnəbi tələbə təhsil alır
- Azərbaycanda rekord əməliyyat - 134 milyonluq
- Azərbaycandan Türkiyəyə gedən avtobus kül oldu
- Azərbaycanda zəlzələ oldu
- Azərbaycanda bu dövlət qurumunun əmlakı satışa çıxarıldı
- Azərbaycanda sürüşmə təhlükəsi - XƏBƏRDARLIQ
- Azərbaycanda yeni publik hüquqi şəxs yaradıldı
- Azərbaycanda seysmik aktivlik fon səviyyəsindədir
- Azərbaycanda daha bir bank çöküşdə
- Azərbaycanda hamı bu məşqçi nənədən danışır - VİDEO