Kaspşik Xankəndiyə gəldi


01:52     14 Sentyabr 2016 ancey%20kaspisik.jpg

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Ancey Kaspşik Azərbaycanın erməni işğalı altında olan Dağlıq Qarabağ regionuna səfər edib.


Report xəbər verir ki, Ancey Kaspşik Xankəndidə separatçı rejim nümayəndələri ilə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisi tərəfindən Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində keçirilən monitorinqlərlə bağlı məsələləri müzakirə edib.

Bundan öncə Azərbaycanın Müdafiə Nazirliyi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, sentyabrın 14-də Füzuli rayonunun Alxanlı kəndinin yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinqin keçirilməsinin planlaşdırıldığı barədə məlumat yayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 2026