Kaspşik Qarabağla bağlı bəyanat yaydı


01:57     06 Oktyabr 2016 kaspisik.jpg

2016-cı ilin aprelində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttindəki gərginlikdən sonra 6 ay ərzində ATƏT-in Minsk qrupunun həmsədrləri vəziyyətin sabitləşməsi və danışıqlar prosesində irəliləyiş üçün yorulmadan çalışıb və bu səylər davam etdirilir.


Femida.az Trend-ə istinadən xəbər verir k, bu barədə təşkilatın fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşikin bəyanatında deyilir.

Bəyanatda qeyd olunur: "Adəti üzrə tərəflər təmas xəttindəki vəziyyət, o cümlədən atəşkəs rejiminin pozulması haqqında məlumatları təqdim edirlər. Bu məlumatlar həmsədrlər və ATƏT-in fəaliyyətdə olan sədri daxil olmaqla, Minsk qrupunun üzvlərinə çatdırılır. Bizim iştirakımız zamanı baş verən atəşkəs rejiminin pozulması hallarını həmişə qeydə alırıq. Əks halda yerli hərbçilərin təqdim etdiyi məlumatlara əsaslanırıq".

Femida.az

Açar sözlər:

Oxunub: 1367