Kaspşik Alxanlıya getdi


21:02     05 İyul 2017 kaspshikjpg.jpeg

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Füzuli rayonunun Alxanlı kəndi istiqamətində qoşunların qarşıdurma xəttində olub.


Femida.az xəbər verir ki, Alxanlı kənd ərazi nümayəndəsi İlham İsrafilov APA-ya bildirib ki, erməni silahlı bölmələrinin iyulun 4-də açdığı atəş nəticəsində həlak olmuş kənd sakinləri - 1967-ci il təvəllüdlü Sahibə Quliyeva və nəvəsi, 2015-ci il təvəllüdlü Zəhra Quliyeva dəfn olunan vaxt A. Kaspşik hərbçilərin müşayiəti ilə avtomobillə sakinlərin yanından keçərək ön xəttə gedib.

Ön xətdə müşahidələr aparan şəxsi nümayəndə hərbçilərin müşayiəti altında Alxanlı kəndinə qayıdaraq, erməni silahlı bölmələrinin dünən axşam atdığı mərmilərin düşdüyü, kənd sakinlərinin həlak olduğu yerə baxış keçirib.

A. Kaspşik kənd sakinləri ilə görüşməyib.

Femida.az

Açar sözlər:

Oxunub: 1498