Çempionlar Liqasının finalı Kiyevdə keçiriləcək


18:04     15 Sentyabr 2016 9ba65195862a8d4adba8aab51fbf24d1.jpg

2018-ci ildə Çempionlar Liqasının final matçının hansı ölkədə keçiriləcəyinə aydınlıq gəlib.


Ukraynanın prezidenti Pyotr Poroşenko yerli mətbuata açıqlamasında bildirib ki, həlledici oyun Ukraynada keçiriləcək.

“Bu, bütün ölkə, xüsusən də futbol azarkeşlərimiz üçün möhtəşəm xəbərdi. Əminəm ki, biz final görüşünün təşkilatçılığını yüksək səviyyədə həyata keçirəcəyik”, - deyə Poroşenko münasibət bildirib.

Qeyd edək ki, Çempionlar Liqasında cari mövsümün finalı Uelsin Kardiff şəhərində, “Millennium” stadionunda keçiriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 822