Çempionlar Liqasının finalı ANŞ-da keçirilə bilər


03:29     21 Oktyabr 2016 a31b848ff4044a969aff5b8c54b6e4cc.jpg

“Çempionlar Liqasının final matçı Avropa hüdudlarından kənarda, xüsusən, ABŞ-da keçirilə bilər. Bu pis ideya deyil, lakin biz bunu hələ müzakirə etməliyik”.


Femida.az BBC-yə istinadən xəbər verir ki, bunu UEFA prezidenti Aleksandr Çeferin deyib.

UEFA rəhbərinin fikrincə, Çempionlar Liqasının final matçının məkanı açıq müraciət kampaniyası zamanı müəyyən ediləcək. O, Nyu-Yorkun əsas namizədlər siyahısında olduğunu bildirib.

“Avropa klublarının fanatları üçün okeanı adlamaq problem olmayacaq”, - deyə UEFA prezidenti əlavə edib.

Femida.az

Açar sözlər:

Oxunub: 1237