Çempionlar Liqası himninin Azərbaycan versiyası - VİDEO
18:19 15 Avqust 2017
Bütün dünyada məhşur olan Çempionlar Liqasının himni musiqi alətlərimizin və muğam ifaçılarının iştirakı ilə milli və müasir improvizasiyada hazırlanıb.
Femida.az xəbər verir ki, layihəni ərsəyə gətirən Şakir Eminbəyli, Xalq artisiti Ənvər Sadıqov və Əməkdar artist Emil Əfrasiyabdır.
Layihədə "Qaytağı" qrupunun üzvləri - əməkdar artist Ələkbər Ələkbərov, Abbas Səfərov, Orxan Musayev, Elşən Mansurov, Elnur Zeynalov, Səbinə Əsədova, Fəridə Məmmədova və nəhayət, səs rejissoru Bəxtiyar Həsənov yer alıb.
Xatırladaq ki, bu gün futbol üzrə Çempionlar Liqasında "play-off” mərhələsinə start veriləcək. Açılış matçında Azərbaycan çempionu "Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda Danimarkanın "Kopenhagen” klubunu qəbul edəcək. Matçın start fiti saat 20:00-da səslənəcək.
Femida.az
Oxunub: 1191
Oxşar xəbərlər
- Çempionlarımız vətənə dönüb - FOTOLAR
- Çempionlar Liqasının finalı Bakıda keçirilə bilər
- Çempionlar Liqasının finalı Bakıda keçirilə bilər
- Çempionlar Liqasının finalı ANŞ-da keçirilə bilər
- Çempionlar Liqasının finalı Kiyevdə keçiriləcək
- Çempionlar Liqasının püşkü atıldı - SİYAHI
- Çempionlar Liqasında gecənin nəticələri