Rusiyada erməni təxribatının qarşısı alınacaq


00:02     22 Sentyabr 2016 xin11.jpg

Azərbaycan ermənilərin Ermitajda Azərbaycanın mədəni irs əşyalarını növbəti dəfə erməni əşyaları kimi təqdim etmək cəhdi barədə məlumatlıdır.


Femida.az xəbər verir ki, bunu “Trend”ə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Hikmət Hacıyev deyib.

O bildirib: "Bu barədə məlumatımız var, bu növbəti erməni təxribatıdır. Azərbaycanın Rusiyadakı səfirliyi və ölkənin Sankt-Peterburqdakı baş konsulluğu bu təxribatın qarşısını almaq üçün tədbirlər görür.

Femida.az

Açar sözlər:

Oxunub: 1193