UEFA prezidenti Azərbaycana gəlir


02:45     23 Sentyabr 2016 e73ec219551792e449cf5b327e22a977.jpg

UEFA-nın yeni prezidenti Aleksander Çeferin Bakıya gələcək. Apasport.az xəbər verir ki, o, AFFA-nın prezidenti Rövnəq Abdullayevin dəvətinə əsasən ölkəmizə təşrif buyuracaq.



Çeferinlə yanaşı, baş katib Teodor Teodoridis də AÇ-2020-nin 4 oyununa ev sahibliyi edəcək Bakının loqosunun təqdimat mərasimində iştirak etmək üçün paytaxtımıza gələcək.

Mərasim sentyabrın 30-da Bakı Olimpiya stadionunda keçiriləcək.

Qeyd edək ki, AFFA-nın baş katibi Elxan Məmmədov bir neçə gün öncə apasport.az saytına açıqlamasında Çeferini Bakıya dəvət etdiklərini açıqlamışdı

Açar sözlər:

Oxunub: 1029