100 nəfəri xilas edən FHN işçilərinin faciəvi sonu


13:58     23 Sentyabr 2016 fhnnnn2.jpg

Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları Moskvanın Amur küçəsində plastik məmulatlar anbarının yağın baş verən ərazisindən 8 yanğınsöndürənin meyitini aşkar ediblər.


TASS agentliyinin yaydığı məlumata görə, FHN-dən bildirilib ki, yanğınsöndürənlər güclü alov, yüksək temperatur və qatı tüstü səbəbindən xilas ola bilməyiblər.

Yanğınsöndürənlər anbarda olan qaz balonlarını və kompressorların partlayışının qarşısının alınması məqsədilə soyutma işləri üçün binanın damında su ehtiyatı toplamaq istəyiblər:

"Onlar hadisə yerinə hamıdan əvvəl gələrək yanğın kəşfiyyatı aparıb, 100-dək işçisini təxliyə ediblər. Lakin yanğın nəticəsində anbarın damı çöküb və yanğınsöndürənlər dağıntılar altında qalaraq həyatlarını itiriblər"

Femida.az

Açar sözlər:

Oxunub: 1348