9 yaşlı qıza tamah salana 9 il HƏBS


18:11     23 Sentyabr 2016 1462346563_zorlama1.jpg

Bu gün 9 yaşlı qıza qarşı seksual xarakterli hərəkətlərdə təqsirləndirilən 1973-cü il təvəllüdlü Əhliman Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hakimlər kollegiyasının hökmü ilə Ə. Əhmədov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Əhliman Əhmədov Binəqədidə rayon ərazisində 9 yaşlı Səlmanı(ad şərtidir) ərazidə yerləşən marketin yanında tək olduğunu görüb. Qızı izləyən Ə. Əhmədov marketin arxasında olan yarım tikiliyə salıb. O, azyaşlıya zor tətbiq edərək seksual hərəkətlər etməyə başlayıb. Azyaşlı məsələ ilə bağlı valideynlərinə məlumat verib. Valideynlərin şikayəti əsasında Ə. Əhmədov polis tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 150-ci ( seksual xarakterli hərəkətlər) maddəsi ilə ittiham verilib. (lent.az)

Femida.az

Açar sözlər:

Oxunub: 2440