9 nəfərə qaraciyər, 81 nəfərə böyrək köçürüldü
22:14 02 Yanvar 2018
2017-ci ildə Azərbaycanda 9 nəfərə qaraciyər, 81 nəfərə böyrək köçürülüb, 79 xəstəyə endoprotezləşmə əməliyyatı aparılıb.
Femida.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov deyib.
Şöbə müdiri qeyd edib ki, hazırda ölkəmizdə böyrək transplantasiyası əməliyyatı olunmuş 900-dən artıq insan var və dövlət onların dərman təminatını öz üzərinə götürüb.
G.Poladov əlavə edib ki, dövlət hesabına 1106 xəstə üzərində ürək əməliyyatı (966 açıq, 140 qapalı) icra edilib, onlardan 266 nəfəri uşaqdır (201 açıq, 65 qapalı əməliyyat). 2413 anfioqrafiya müayinəsi, 684 nəfər üzərində koronar damarların stentlənməsi həyata keçirilib. Son iki ildə Səhiyyə Nazirliyinin maliyyə dəstəyi ilə 58 uşaqda uğurla koxlear implantasiya əməliyyatı icra edilib.
Femida.az
Oxunub: 546
Oxşar xəbərlər
- 950 min hektar sahədə taxıl əkiləcək
- 9-cu sinif şagirdi dəm qazından zəhərlənib
- 90 nəfərə Bakı məktəblərində iş verildi
- 9 ayda əhali banklara 1,5 milyard xeyir verib
- 9 ayda 12 körpü tikilib
- 9 il əvvəl oğurluq etdi, indi tutuldu
- 9 nəfər liftdə qaldı - FHN köməyə gəldi
- 933 nəfər müəllim olmaq hüququ qazanıb
- 9 milyon il əvvələ aid heyvan qalıqları tapıldı
- 9 mindən çox sərxoş sürücü CƏRİMƏLƏNDİ