Qardaşını öldürdü, indi şikayət edir - MƏHKƏMƏ


14:45     24 Sentyabr 2016 1442557655_mehkeme-zali.jpg

Bakı Apellyasiya Məhkəməsində qardaşını öldürməkdə təqsirləndirilən Elxan Həbibovun apellyasiya şikayəti üzrə məhkəmə keçirilib.


Femida.az-ın məlumatına görə, məhkəmə şikayəti təmin etməyib.

Qeyd edək ki, E. Həbibov yaşadıqları binanın həyətində qardaşı, 43 yaşlı Əbülfət Həbibovla mübahisə edib. Mübahisə zamanı E. Həbibov üzərində gəzdirdiyi bıçaqla qardaşına bir neçə zərbə endirib. O, Ə. Həbibovun başına armatur parçası ilə dəfələrlə zərbə vurub. Nəticədə 43 yaşlı Ə. Həbibov hadisə yerində dünyasını dəyişib. Qardaşını amansızlıqla qətlə yetirən E. Həbibov saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E. Həbibov 16 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan E. Həbibov apellyasiya şikayəti verərək cəzasının azaldılmasını istəyib.

Femida.az

Açar sözlər:

Oxunub: 1346