Şəkidə bir ailə qəzaya düşdü


20:26     28 Sentyabr 2016 qeza%20yeni4.jpg

Şəkidə səhər saat 10 radələrində yol qəzası baş verib.


Femida.az xəbər verir ki, Qəza Şəki-Qax yolunun Qarabulaq adlanan ərazisində meydana gəlib. Qax istiqamətində hərəkətdə olan Balakən rayon Mahmalar kənd sakini 35 yaşlı İsmayıl Quliyevin idarə etdiyi 67 BK 057 dövlət nömrə nişanlı vaz 21015 markalı avtomobil yoldan çıxıb.

Hadisəyə səbəb sürüşkən yol və yağışlı hava şəraiti olub. Qəza nəticəsində xəsarət alan sürücü Balakən rayonunun Mahmalar kənd sakini İsmayıl Quliyev və həyat yoldaşı Kəmalə Muradova Şəki MRX-na çatdırılıb. Xəstəxanada onlara ilkin yardım göstərilib və ambulator müalicəyə alınıb.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsində araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1137