Şəkidə gənc qonşusu tərəfindən bıçaqlanıb
02:56 17 Dekabr 2017
Şəkidə 23 yaşlı gənc qonşusu tərəfindən bıçaqlanıb.
Bu gün axşam saat 19 radələrində rayonun Böyük Dəhnə kənd sakini 1994-cü il təvəllüdlü Eşqin Rifahil oğlu Nəbiyev bədənin müxtəlif nahiyələrində bıçaq yarası xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.
MRX-dan APA-ya verilən məlumata görə, xəstəxananın cərrahiyə şöbəsinə yerləşdirilən Eşqin Nəbiyevə sol çiyin qurşağının və sol böyrək ətrafı nahiyənin kəsilmiş-deşilmiş lakin daxilə nüfuz etməyən bıçaq yarası xəsarəti diaqnozu qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir. Eşqin Nəbiyev müayinə zamanı qonşusu Vaqif adlı şəxs tərəfindən bıçaqlandığını bildirib.
Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində (ŞRPŞ) araşdırma aparılır. (APA)
Femida.az
Oxunub: 714
Oxşar xəbərlər
- Şəkidə dağda yanğın başladı - Foto
- Şəkidə faciə: Quyuya düşən qadın yanıb öldü
- Şəkidəki faciənin təfərrüatları - Rusiyadan qonaq gələn qadınlarla...
- Şəkidəki qəzada ölənlərdən 3-ü Rusiya vətəndaşıdır
- Şəkidə 3 yaşlı qız müəmmalı şəkildə öldü - VİDEO
- Şəkidə 57 yaşlı kişi intihar edib
- Şəkidə qanunsuz iki cüyür ovlayıblar
- Şəkidə 4 yaşlı uşaq müəmmalı şəkildə ölüb
- Şəkidə 7 otaqlı evdə yanğın olub
- Şəkidə fərdi evdə yanğın olub